Sumqayıtda yeni ana olan qadın qəflətən ölüb


Digərləri 05 İyn 2020 11:09:00 154 0

Sumqayıtda yeni ana olan qadın qəflətən ölüb

Sumqayıtda 44 yaşlı qadın qəflətən ölüb.

Son.az APA-ya istinadla bildirir ki, 1976-cı il təvəllüdlü Əliyeva Lalə Mirsahid qızının yaşadığı evdə qəflətən vəziyyəti pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

L. Əliyeva 25 gün bundan öncə ana olubmuş. 44 yaşlı qadının ölüm səbəbləri aparılan ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.