Arvadını bıçaqlayıb polisə təslim oldu


Kriminal 05 İyn 2020 09:41:00 181 0

Arvadını bıçaqlayıb polisə təslim oldu

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonundan baş verib. Rayonun Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov hadisəni törədəndən sonra Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma)maddəsi ilə cinayət işi başlanıb.