“İDK” BOKT-un xalis mənfəəti kəskin artıb


İqtisadiyyat 05 İyn 2020 09:42:00 136 0

“İDK” BOKT-un xalis mənfəəti kəskin artıb

“İDK” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 187 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 5 min manat mənfəətlə çıxmışdı

“İDK” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 187 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 5 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “İDK”nın vergiyəqədərki mənfəəti 203 min manat (əvvəlki ilə nisbətən 40,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16 min manat (əvvəlki il olmayıb) təşkil edib.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Bu il yanvarın 1-nə “İDK”nın aktivləri 1,9 milyon manat olub ki, bu da illik müqayisədə 22,2% çoxdur. Bunun 1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 1,3% böyüyüb.

Hesabat dövründə “İDK”nın öhdəlikləri 11 dəfə artaraq 176 min manata, balans kapitalı isə 12,1% artaraq 1,7 milyon manata çatıb.

Xatırladaq ki, “İDK” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. BOKT-un təsisçisi (həm də direktoru) 100% Əliyar Əsgərovdur.