Elon Mask "Amazon"u inhisarçı adlandırdı


Dünya 05 İyn 2020 09:01:00 159 0

Elon Mask "Amazon"u inhisarçı adlandırdı

Amerikalı Elon Mask hesab edir ki, "Amazon" müəyyən sahədə inhisar qurub və buna görə də bölünməlidir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə sahibkar "Twitter" səhifəsində bildirib.

"Amazonu bölmək vaxtı çatdı. Monopoliyalar - bunlar səhvdir", E.Mask yazıb.

Sahibkar bu mesajları başqa bir istifadəçinin yazısına cavab olaraq dərc edib. Belə ki, istifadəçi "Amazon" şəbəkə xidmətinin onun yeni növ koronavirus haqqında yazdığı kitabını satmaqdan imtina etdiyindən şikayət edib.