ABŞ koronavirusa qarşı beynəlxalq tədbirlər üçün 11 milyard dollar ayırır


Dünya 05 İyn 2020 09:08:00 177 0

ABŞ koronavirusa qarşı beynəlxalq tədbirlər üçün 11 milyard dollar ayırır

ABŞ digər ölkələrə koronavirusla mübarizəyə yardım məqsədi ilə 11 milyard dollar ayırıb.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

"Həm ölkə daxilində, həm də xaricdə bu virusa qarşı mübarizə aparmaq üçün beynəlxalq tədbirlərə dəstək məqsədi ilə 11 milyard dollar ayıraraq bir millət olaraq həqiqətən səfərbər olduq",- M.Pompeo hesabatında deyib.

Məlumata əsasən, ayrılan vəsaitin 180 milyonu ciyərlərin süni havalandırması cihazlarının alınmasına yönəldiləcək.