ABŞla Meksika sərhəddində 10 tona yaxın narkotik tutulub


Dünya 05 İyn 2020 08:33:00 177 0

ABŞla Meksika sərhəddində 10 tona yaxın narkotik tutulub

Meksika hərbçiləri ölkənin ABŞ-la sərhəddində yerləşən Tixuana şəhərciyində 10 tona yaxın narkotik tutublar.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın müdafiə nazirliyindən xəbər verilib.

Bildirilir ki, saxlanılan 7.8 ton marixuana və 2 ton metamfetamin 33.9 milyon dollar qiymətində dəyərləndirilir.