Almaniyada bir gündə koronavirusa 475 nəfər yoluxdu
Dünya 05 İyn 2020 08:27:08 157 0
Almaniyada son sutka ərzində koronavirusdan 30 nəfər ölüb.
Almaniyada son sutka ərzində koronavirusdan 30 nəfər ölüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.
window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }İnstitutun məlumatına görə, son bir gün ərzində ölkədə yeni tip koronavirusa yoluxanların sayı 475 nəfər artıb.
Qeyd edilir ki, AFR-də bütün pandemiya ərzində təhlükəli virusa 183 271 yoluxma aşkarlanıb, COVID-19-dan 8 613 ölüm qeydə alınıb. Koronavirusa yoluxmuş 168,5 mindən çox insan sağalıb.
Virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 47 268 nəfərdə təhlükəli virus aşkarlanıb. Şimali Reyn-Vestfaliyada 38 439 və Baden-Vürtemberqdə 34 870 insanın COVID-19 analizi müsbət nəticə verib. Berlində virusa 6 946 yoluxma qeydə alınıb.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.