Koronavirusun mənbəyi olan Uhan xəstəxanalarında pasiyent qalmadı


Dünya 05 İyn 2020 07:57:55 148 0

Koronavirusun mənbəyi olan Uhan xəstəxanalarında pasiyent qalmadı

Koronavirusdan sağalmış son üç pasiyent Çinin Uhan şəhərindəki xəstəxanadan evə buraxılıblar.

Koronavirusdan sağalmış son üç pasiyent Çinin Uhan şəhərindəki xəstəxanadan evə buraxılıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Məsələləri üzrə Şəhər Komitəsinin xəbərində deyilir.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Qeyd edilir ki, iyunun üçündə son üç pasiyentin iki COVID-19 analizinin nəticəsi mənfi olub. Onların hərarəti normada idi, simptomlar yox olub. Növbəti gün həkimlər pasiyentlərin səhhətini xəstəxanadan buraxılmaq üçün qənaətbəxş qiymətləndiriblər.

"Beləliklə, Uhan xəstəxanalarında yeni koronavirus pasiyentləri yoxdur", - xəbərdə deyilir.

Bundan başqa, 1 iyuna olan vəziyyətə görə, daha əvvəl orta risk zonası tanınmış Dunsihu ərazisində 14 gün ərzində yeni yoluxma aşkar edilməyib, buna görə 2 iyundan epidemiologiya təhlükəsi orta səviyyədən aşağı salınıb.

İndi Uhanın bütün rayonları aşağı səviyyəli təhlükə zonalarıdır.

Qeyd edək ki,koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlamışdı. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.