"Yayda virus yox olacaq" iddialarının mənşəyi tapıldı Professor ŞAD XƏBƏRİ açıqladı


Digərləri 05 İyn 2020 07:21:00 187 0

"Yayda virus yox olacaq" iddialarının mənşəyi tapıldı  Professor ŞAD XƏBƏRİ açıqladı

Rütubətli hava yeni tip koronavirusun yayılmasının böyük ölçüdə qarşısını alır.

Son.az xəbər verir ki, bu barədə Yale Universitetinin immunobioloqu Akiko İvasaki araşdırma aparıb.

Araşdırma nəticəsində bəlli olub ki, quru hava virusun ağciyərdən təmizlənməsini əngəlləyir, orqanizmin viruslara qarşı immun sistemini zəiflədir: "Havanın quru olduğu qış aylarında həyatımızın 90%-ni qapalı məkanlarda keçiririk. Bu da virusun ən yaxşı yaşadığı və yoluxduğu dövrdür".

Massaçusets Texnologiya Universitetinin mühəndisi Həzhir Rəhmandad tərəfindən aparılan digər bir araşdırma koronavirusun quru yerlərdə rütubətli yerlərə nisbətən daha çox yayıldığını ortaya çıxarıb.