Bakıda avtomobil idarəetmədən çıxaraq qəzaya uğradı, 3 nəfər xəsarət aldı - FOTO


Sosial 05 İyn 2020 01:21:05 175 0

Bakıda avtomobil idarəetmədən çıxaraq qəzaya uğradı, 3 nəfər xəsarət aldı - FOTO

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

© Foto: "Report"

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Yeni Ramana qəsəbəsində 10-XC-992 dövlət nömrə nişanlı, VAZ-21099 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil qarşıdan gələn 99-DL-718 dövlət nömrə nişanlı “Kia Rio” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-21099-da olan qadın sərnişin xəsarət alıb. Həmçinin sürücü zərbənin təsirindən deformasiyaya uğramış avtomobilin sükanına sıxılıb. O, ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb.

Qəza nəticəsində eləcə dədigər avtomobilin də sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı VAZ-21099-da azyaşlılar da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Vüsal Məmmədov