İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb


Digərləri 04 İyn 2020 23:55:00 191 0

İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

"Tele2" telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib. Bu barədə şirkətin məlumatında deyilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, yeni texnologiya informasiyanı saniyədə 1 giqabit sürətlə ötürür. Bu isə "4G" şəbəkəsindən təxminən 4 dəfə çoxdur. "5G" şəbəkəsinə avtomatik qoşulma imkanından mobil rabitə operatorunun yalnız limitsiz internetdən istifadə edən abunəçiləri istifadə edə biləcəklər.

"Tele2" şirkəti "5G" şəbəkəsini mayın 25-də işə salan "Telia" və "Ericsson" mobil rabitə operatorlarını bir gün qabaqlayıb.

Beşinci nəsil mobil rabitə şəbəkəsi daha yüksək buraxılış qabiliyyətinə malikdir. Rekord məlumat ötürmə sürəti 25 Qbit/saniyə təşkil edib. Bu göstərici videonun real vaxt rejimində "8K" (Ultra HD) təsvir ölçüsündə translyasiyasına imkan verir.

İsveç "5G" şəbəkəsini test rejimində istifadəyə verən ilk ölkə olub.