Pentaqon 5G texnologiyasını yenidən sınaqdan keçirəcək


Digərləri 04 İyn 2020 23:45:00 197 0

Pentaqon 5G texnologiyasını yenidən sınaqdan keçirəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nellis aviabazasında beşinci nəsil mobil şəbəkə layihəsinə start verib.

Son.az ted.az-a istinadən bildirir ki, Amerika hərbçilərinin fikrincə, sistemin Nellis bazasında istifadəyə verilməsi, üç mərhələli sınaqdan sonra, 2021-ci ilin yanvarına planlaşdırılır.

Pentaqon 5G texnologiyasının ABŞ-ın hərbi və iqtisadi üstünlüyünü qorumaq üçün vacib olduğunu qeyd edib.

Xatırladaq ki, Nellis aviabazası beşinci nəsil rabitə prototipinin yerləşdiriləcəyi və sınaqdan keçiriləcəyi sayca beşinci baza olacaq.