Qadınların can rahatlığı Uşaqlıqdaxili spiral nədir?


Digərləri 04 İyn 2020 23:25:00 190 0

Qadınların can rahatlığı  Uşaqlıqdaxili spiral nədir?

Uşaqlıqdaxili spiral son illər ən çox icra olunan ginekoloji prosedurdur.

Arzuolunmaz hamiləlikdən qorunma və ya kontrasepsiya, qadına sağlamlığını qorumağa kömək edir: abortların sayını azaldır; hamiləliyi planlaşdırmağa və ona hazırlaşmağa kömək edir; əksər hallarda əlavə müalicəvi effekti var. Kontrasepiyanın bir növü də - uşaqlıqdaxilidir. O, ən çox Çində, Rusiya Federasiyasında və Skandinaviya ölkələrində tətbiq edilir. Gündəlik danışıqda "uşaqlıqdaxili spiral" kimi işlədilir.

Uşaqlıqdaxili kontrasepsiyanın üstünlükləri:

nisbətən ucuzdur; uzun müddət istifadə edilə bilər; spiralı çıxartdıqdan sonra reproduktiv funksiya tez bərpa olur; südvermə zamanı və digər xəstəliklərdə tətbiq edilmə imkanı; endometriuma müalicəvi təsiri (hormonal vasitəli spiral) var; cinsi aktın fiziologiyasının saxlanılması, hazırlığın olmaması, yaxınlıq zamanı tam hissiyyat.

Uşaqlıqdaxili spiralların növləri

Uşaqlıqdaxili kontraseptiv vasitələrin iki növü olur: inert; dərmanlı.

İnert uşaqlıqdaxili kontraseptivlər və ya vasitələr (UDK və ya UDV) müxtəlif formalı plastik vasitələr olub, uşaqlıq boşluğuna yeridilir. Onları 1989-cu ildən istifadə etməyi Ümumdünya Səhiyyə Təşkilatı effektsizliyini və həyat üçün təhlükəsini nəzərə alaraq məsləhət bilmir.

Son.az medicina.az-a istinadən bildirir ki, müasir dövrdə yalnız tərkibində metal (mis, gümüş, qızıl) və ya hormonlar olan spirallar istifadə edilir. Onların uşaqlığın daxili quruluşuna oxşar plastik əsası olur. Metal və ya hormonal vasitələrin əlavə edilməsi spiralların effektivliyini artırmağa və əlavə təsirlərini azaltmağa imkan verir.

Uşaqlıqdaxili spiralların növləri

Azərbaycanda ən çox aşağıdakı spirallar populyardı:

Nova-T - T hərfi şəkilli 200 мм2 sahəsi mislə örtülü, 5 ilə nəzərdə tutulub;

mis, gümüş və ya qızıl tərkibli digər sadə spirallar, 5 ilə nəzərdə tutulur;

hormonal uşaqlıqdaxili "Mirena" sistemi - uşaqlıq boşluğuna tədricən ifraz olunan levonorgestrel tərkibli, müalicəvi təsiri var, 5 ilə nəzərdə tutulub.

Nadir hallarda medroksiprogestron və ya noretisteron ifraz edən spirallar istifadə edilir.

Uşaqlıqdaxili spirallardan hansı yaxşıdır?

Bu suala yalnız xəstə ilə fərdi konsultasiyadan sonra onun yaşını, sağlamlıq vəziyyətini, ginekoloji xəstəliklərinin olmasını, gələcəkdə hamiləlik planlaşdırmasını nəzərə alaraq cavab vermək olar.

Təsir mexanizmi

Uşaqlıqdaxili spiralların təsir prinsipi spermatozoidlərin məhvinə və embrionun uşaqlıq divarına birləşməsi prosesinin pozulmasına əsaslanıb. Əksər spiralların tərkibinə daxil olan misin, spermatotoksik təsiri var, yəni uşaqlığa düşmüş spermatozoidləri məhv edir. Bundan başqa, o, spermatozoidlərin xüsusi hüceyrələr - makrofaqlar tərəfindən tutulub məhv edilməsini stimullaşdırır.

Uşaqlıqdaxili spiralın təsir nexanizmi

Əgər mayalanma yenə də baş vermişsə, kontraseptivin abortiv təsiri başlayır, hansı ki, mayalanmış yumurtahüceyrənin implantasiyasına maneə yaradır:

uşaqlıq borusunun yığılması güclənir, bu zaman mayalanmış yumurtahüceyrə uşaqlığa vaxtından qabaq düşür və ölür; uşaqlıq boşluğundakı yad cisim aseptik (qeyri-infeksion) iltihaba və mübadilə pozğunluğuna gətirib çıxarır; yad cismə cavab olaraq prostaqlandinlərin sintez olunması nəticəsində uşaqlıq divarlarının yığılması aktivləşir; uşaqlıqdaxili hormonal sistemlərin istifadəsi zamanı endometriumun atrofiyası baş verir. Uşaqlıqdaxili "Mirena" sistemi xüsusi rezervuardan sutkada 20 mkg levonorgestrel ifraz edir. Bu maddənin gestagen effekti var, endometrium hüceyrələrinin requlyar proliferasiyasını zəiflədir və onun atrofiyasına səbəb olur. Nəticədə aybaşı azalır və ya tamam itir. Bu zaman ovulyasiya pozulmur, hormonal fon dəyişmir.

Əgər uşaqlıqdaxili spiral varsa, hamilə qalmaq olarmı?

Uşaqlıqdaxili kontrasepsiyanın effektivliyi 98%-ə çatır. Mis tərkibli spiralların istifadəsi zamanı hamiləlik il ərzində hər yüz qadından 1-2-sində baş verir. "Mirena" sisteminin effektivliyi bir neçə dəfə yuxarıdır, hamiləlik il ərzində hər min qadınan yalnız 2-5-ində baş verir.

Uşaqlıqdaxili spiral necə qoyulur

Spiralı qoymazdan öncə, hamiləliyin olmamasına əmin olmaq lazımdır. Proseduru menstrual siklin fazasından asılı olmayaraq etmək olar, amma yaxşı olardı ki, siklin 4-8-ci günləri qoyulsun. Mütləq ginekoloji yaxma götürülür, həmçinin uşaqlığın ölçülərini təyin etmək üçün ultrasəs müayinəsi aparılır.

Prosedur ambulator şəraitdə və adətən anesteziyasız aparılır. O, praktik olaraq ağrısız manipulyasiyadır. İlk günlər uşaqlığın yığılması ilə əlaqədar, qarnın aşağısında göynədici ağrılar narahat edə bilər. İlk və sonrakı 2-3 menstruasiya ağrılı ola bilər. Bu zaman spiralın özbaşına qovulması da baş verə bilər.

Süni abortdan sonra spiral adətən manipulyasiya vaxtı, doğuşdan sonra isə - 2-3 ay keçdikdən sonra qoyulur.

Keysəriyyə əməliyyatından sonra infeksion fəsadların qarşısını almaq üçün, UDV yarım ildən sonra qoyulur. Spiraldan südvermə zamanı istifadə etmək olar, hansı ki, onun böyük üstünlüyüdür.