Hüceyrələr şəffaflaşdırıla bilər


Digərləri 04 İyn 2020 23:05:00 183 0

Hüceyrələr şəffaflaşdırıla bilər

Elmi-fantastika kitablarına və filmlərinə mövzu olan görünməzlik mövzusunda olduqca böyük bir addım atıldı. Alimlər, insan böyrəyinin hüceyrələrini şəffaflaşdıra bildi.

Bir obyektin qırılma indeksini, yağ kimi bir mayenin qırılma indeksinə uyğunlaşdırsanız obyektin ortadan itməsini təmin edə bilərsiniz. Elm insanları da bir mürəkkəb balığında olan zülalı istifadə edərək insan böyrəyi hüceyrələrinin qırılma indeksini mühitə bənzəməsi üçün dəyişdirmənin bir yolunu kəşf etdi. Tamamilə görünməz olmasalar da bu qarışıq, duz məhlulu ilə qarışdırıldığında az qala tamamilə şəffaf olur.

Araşdırmanın rəhbəri Kaliforniya Universitetinin kimya və biomolekulyar mühəndisi Alon Qorodetsky, verdiyi şərhdə hədəfinin bu texnologiyanı insan dərisini görünməz etmək üçün istifadə etmək olduğunu söylədi: "İnsan dərisini, eynilə bir mürəkkəb balığı dərisi kimi şəffaflığını dəyişə bilən etmək istəyirik ancaq bu, olduqca ağır bir işdir. Bunu edə bilmənin hələ başındayıq, ancaq səhər oyandığımda işə getmək üçün məni həyəcanlandıran şey də budur".