Corc Floydun ölümü ilə əlaqədar daha üç polis zabitinə qarşı cinayət işi açılıb


Dünya 04 İyn 2020 22:24:00 160 0

Corc Floydun ölümü ilə əlaqədar daha üç polis zabitinə qarşı cinayət işi açılıb

Çərşənbə günü Corc Floydun öldürülməsi ilə əlaqədar daha üç nəfərə qarşı cinayət işi açılıb.

Minnesotanın baş prokuroru Kit Ellison Floydun nəfəs ala bilmədiyini deməsinə baxmayaraq, dizini onun boynunda saxlayan ağ polis zabiti Derek Çauvinə qarşı 'ikinci dərəcəli qətl' ittihamı irəli sürüb. Bu, daha öncə ona qarşı irəli sürülmüş üçüncü dərəcəli qətl və ikinci dərəcəli ehtiyatsızlıqdan adam öldürmə ittihamlarından daha ağır bir ittihamdır.

Bundan əlavə Ellison mayın 25-də hadisə yerində olan, amma insidentə müdaxilə etməyən digər keçmiş üç polis zabitinə qarşı da ikinci-dərəcəli qətlə yardım və vasitəçilik ittihamları irəli sürüb. Bu üç keçmiş polsi zabitləri Tou Tao, Aleksandr Kuenq və Tomas Leyndir.

Hər dörd polis zabiti Floydun ölümündən dərhal sonra işdən çıxarılmşdı, amma təkcə Çauvinə qarşı cinayət işi açılmışdı.

Floydun ölümü bütün Birləşmiş Ştatlar boyu bir həftədən çoxdur davam edən etirazlara səbəb olub. Bu etirazların çoxu dinc keçir.

Lakin bəzi etirazlarda rəsmilərlə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verib, polis maşınları və hökümət binaları yandırılıb, bəzi mağazalar talan edilib.

Bu, ABŞ-da son onillərdə baş verən ən genişmiqyaslı vətəndaş qarşıdurmasıdır.

The Associated Press son səkkiz gün ərzində ölkə boyu 9,000-dən çox insanın həbs olunduğunu bildirir.

Çərşənbə günü ittihamlar irəli sürülmədən öncə Floydun ailəsinin vəkili Ben Kramp deyib:

"Biz ədalət tələb edirik. Biz Minneapolisdə xatirə abidəsi ucaltmadan öncə polis zabitlərinin hər birinin həbs olunmasını gözləyirik."