Karantində həyat qaraciyəri necə sıradan çıxarır? –


Digərləri 04 İyn 2020 22:25:00 182 0

Karantində həyat qaraciyəri necə sıradan çıxarır? –

Karantin dövründə və ondan sonra bir çox insanların sağlamlığında, əhvalında problemlər, pisləşmə, enerji azlığı və gücsüzlük hiss edir.

Bu problemlərin arxasında qaraciyərin ciddi yüklənməsi, piylənməsi, işinin pozulması dayanır.

Son.az medicina.az-a istinadən karantində hansı səhvlərdən qaraciyərin toksinləşməsi, piylənməsi və funksiyalarının pozula biləcəyini təqdim edir. Qaraciyər üçün ən təhlükəli zəhərli toksinlərdən biri ammiakdır.

Ammiak özü orqanizmdə zülal tərkibli qidaların həzmi zamanı yaranır və bu normaldır. Qaraciyər özü onu zərərsizləşdirə bilir.

Ona görə biz ammiakın təsirini hiss etmirik.

Əgər qaraciyər ammiakı zərərsizləşdirə bilməsə və ya ammiak hansısa yollarla normadan çox hasil olsa, orqanizmə daxil ola, o zaman bədən zəhərlənir, qaraciyər ensefalopasiyası və baş beynin zədələnməsi baş verir.

Qaraciyər ensefalopatiyasının əlamətləri bunlardır:

- Yorğunluq, zəiflik, fiziki iş və yükə dözümsüzlük - Diqqət və yaddaşın pozulması - Pis əhval ruhiyyə, qıcıqlanma, əsəb

- Gündüz yuxululuq, baş gicəllənmə, qulaqlarda küy - Baş ağrıları, gecələr yuxusuzluq - Ammiak qaraciyər toxumasını zədələyəndə orda fibroz toxuma əmələ gəlir.

- Simptomlar əvvəl gizli olur, uzun müddət çəkir, insan başqa xəstəliklərdən şübhələnir, amma sonra hər şey ani sürətlə pisləşir.

Bu kimi hallar baş verərsə, terapevt və ya hepatoloqa müraciət edərək, müəyyən qaraciyər analizlərdən, ammiakı təyin edən testdən keçməlisiz.

Qaraciyərimiz daha çox nədən əziyyət çəkir?

Bu stresli dönəmdə qaraciyərə neqativ təsir göstərən amiləri sadalayırıq.

1. Yanlış, zərərli, qeyri-sağlam qidalanma

Yediyimiz və bağırsaqlarda sovrulan bütün qidaların qalıq maddələri qaraciyərdən keçir. Yeməyin miqdarı, yağlılığı, keyfiyyəti bu orqan üçün çox vacibdir.

- Həddən artıq yağlı, piyli, heyvan yağlarından ibarət qidalar qaraciyərin bir nömrəli düşmənidir. Evdə oturaraq, evə pitsa, dönər, hamburger, fast food, qızarmış kartof, toyuq, kolbasa, kərə yağı və s. yemək qaraciyər hüceyrələrini yükləyir, piy hissəciklərini artırır, funksiyalarını pozur

- Bütün növ şirniyyatlar, qənnadı məhsulları, undan bişmələr, düyü, kartof evdə oturarkən enerjiyə çevrilir sərf olunmur. Bunları qaraciyər yağa çevirib, depolayır və ona görə öz hüceyrələri piylənir.

2. İçki, qazlı içkilər, alkoqol