"Prezident İlham Əliyevin Tərtərdə söylədiyi nitq bir sıra strateji istiqamətlər üzrə olduqca əhəmiyyətli idi"


Siyasət 04 İyn 2020 20:55:16 180 0

"Prezident İlham Əliyevin Tərtərdə söylədiyi nitq bir sıra strateji istiqamətlər üzrə olduqca əhəmiyyətli idi"

Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı söylədiyi nitq bir sıra strateji istiqamətlər üzrə olduqca əhəmiyyətli idi. Dövlət başçısının bu çıxışı tarixi yaddaşımızın yenilənməsi baxımından vacib əhəmiyyət daşıyır. Çünki tarixi yaddaş milli yadaşımızın əsas komponentidir və tarixi yaddaşı yarımçıq olan xalqın milli yaddaşı da bütöv olmur.

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, bu gün Azərbaycanın ərazisi ilə bərabər, xalqımızn əsrlər boyu yaratdığı maddi və mədəni abidələrimiz, etnoqrafik dəyərlərimiz də işğal altına düşüb və işğalçı Ermənistan tərəfindən özününküləşdirilir, o zaman bu məsələnin bir daha nə qədər əhəmiyyətli olduğu ortaya çıxır:

"Ancaq məsələ bununla da bitmir. Ermənistan bizə aid olan mədəniyyəti dünyaya öz mədəniyyəti kimi təqdim etməklə həm tarixi saxtalaşdırır, həm də dünya ictimai rəyində öz işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Beləliklə, tarixə münasibətdə də əsl terrorçu kimi davranır. İkincisi, terror ideologiyası əsasında formalaşan Ermənistanın bu gün də öz ənənələrinə sadiq qalaraq regionda bir dövlət kimi deyil, terror təşkilatı kimi davranması da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, qlobal ictimai rəydə erməni terrorunun real obrazı yaradılmalıdır. İşğalçı ölkənin təxribatına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları zamanı aciz qalan Ermənisatnın dinc əhalini və kəndlərimizi hədəfə alması bir daha ermənilərin terrorist kimliyindən xəbər verir. Üçüncüsü, son illər ərzində Ermənistanın terroristlər və cinayətkar ünsürlər tərəfindən idarə olunması da açıq-aşkar fakt kimi dünya ictimaiyyətinin diqqətinə təqdim edilməli məsələdir. Ermənistanı idarə edən, Azərbaycana qarşı soyqırımı həyata keçirən bir işğalçı prezidentin həbsdə olması, digərinin hərəkət imkanlarının məhdudlaşdırılması, başqa birinin özü və babasının faşist olması, faşist Njdeyə heykəl ucaldılması, generallarının oğru olması bu ölkədə bütün sahələrdə əsl terror mənəviyyatının hökm sürdüyündən xəbər verir. Ancaq bununla belə bəzi beynəlxaq havadarların bu ölkəni açıq və gizli şəkildə müdafiə etməsi dünyada olan ikili standartların bariz nümunəsidir. Belə olan halda Azərbaycanın necə məkirli, hansı səviyyədə terrorçu olan bir ölkə ilə mübarizə apardığı açıq şəkildə ortaya çıxır. Bu, bir daha bizim daha güclü olmamızı, tariximizi, beynəlxalq hüququ daha dərindən öyrənməmizi zəruri edir. Nəzərə almaq lazımdır ki, qədim Azərbaycan şəhəri olan İrəvanın Ermənistana paytaxt kimi verilməsi qədər böyük bir səhvə bir daha yol verməmək üçün tarixi və hüquqi bilgilərimiz kifayət qədər zəngin olmalı, diplomatik, hərbi, siaysi baxımdan güclü olmalıyıq.

Azərbaycan Prezidenti məhz bu məslələrə diqqət çəkərək bildirdi ki, münaqişənin, bir həlli yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Bu gün hər birimiz Azərbaycan Prezidentinin nitqində səslənən fikirləri milli çağırış kmi dəyərləndirməli, onun reallaşması üçün əlimizdən gələni etməliyik".