Türkiyə texnologiya şirkətindən sosial məsafəni qoruyan "ağıllı" qolbaq


Digərləri 04 İyn 2020 21:10:00 151 0

Türkiyə texnologiya şirkətindən sosial məsafəni qoruyan "ağıllı" qolbaq

Türkiyənin texnologiya şirkəti Thread in Motion Scadi adlı "ağıllı" qolbağı təqdim edib.

Son.az ted.az-a istinadən bildirir ki, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verən qolbaq işçilər arasında 1,5 metrlik məsafəni təhlil edir. Bunun səyəsində istifadəçilər sosial məsafəni rahatca qoruya bilirlər.  

Sənaye texnikaları arasındakı toqquşmaların da qarşısını ala bilən Scadi haqqında açıqlama verən Thread in Motion şirkətinin baş direktoru Qədir Dəmirçioğlu deyib ki, yeni "ağıllı" qolbaq ilə işçilərin sağlamlığını qorumaqla Türkiyəyə xidmət etməyə çalışırlar: "Hazırda fərqli sektorlardan, fərqli markalarla əməkdaşlıq edirik".

Məlumatları mərkəzi bulud sistemində toplayan Scadi BLA (Bluetooth Low Energy) şəbəkəsilə mobil cihazlarla əlaqə yarada bilir.