Ən sürətli və ən idman xarakterli Acura sedanı təqdim olunub FOTO


Digərləri 04 İyn 2020 21:07:00 170 0

Ən sürətli və ən idman xarakterli Acura sedanı təqdim olunub  FOTO

Acura markasının orta ölçülü TLX sedanının yeni nəslini təqdim edib. Yola saldığımız TLX sedanı parlaq xarakteri ilə yadda qalan avtomobil olmayıb, lakin yaponlar yeni sedanın Acura markasının tarixindəki ən sürətli və ən idman xarakterli sedan olduğunu iddia edirlər.

Son.az autograph.az-a istinadən bildirir ki, Acura TLX modeli klassik quruluşa keçməyərək, mühərrikin köndələn yerləşməsini və ön ötürməni qoruyub. Buna baxmayaraq, yapon istehsalçısı sedan üçün yeni orijinal platforma hazırlayıb. Yeni platformanın əsas xüsusiyyəti McPherson dayağı əvəzinə quraşdırılan ikiqat qollara malik olan ön asqı və çoxqollu arxa dayaqdır. Əlavə ödənişlə sedanı adaptiv amortizatorlar ilə təchiz etmək olar. Ön təkər izi 30 millimetr, arxa təkər izi isə 41 millimetr genişlənmişdir. Sükan çarxı dəyişkən ötürmə nisbəti, əyləclər isə elektromexaniki gücləndirici ilə təchiz edilirlər. Əyləc pedalı, NSX superkarında olduğu kimi, gücləndiricilə naqillər vasitəsi ilə birləşdirilir.

Acura TLX Advance

Sedanın yeni nəsli sələfindən 74 millimetr daha uzun (4943 millimetr), 56 millimetr daha geniş (1910 millimetr) və 15 millimetr (1433 millimetr) daha alçaqdır. Təkər bazasının genişliyi 94 millimetr artaraq 2870 millimetrə çatıb. Bundan əlavə, salon bir qədər geri çəkildiyi üçün, ön ox ilə mühərrik çəpəri arasındakı məsafə 198 millimetrə artıb: bu, sedana daha sanballı görkəm verməyə və ağırlığın oxlar arasında paylanmasını yaxşılaşdırmağa xidmət edir. Sedanın baza variantı əvvəlki kimi 17-düymlük deyil, 18-düymlük təkər diskləri ilə təklif edilir.

Acura TLX Advance

Avtomobilin kuzovu 1,5 dəfə, asqıların bağlanma nöqtələri isə iki dəfə sərtləşdirilib. Mərkəzi tunel də ciddi şəkildə gücləndirilmiş, ön və arxa tərəfdə gücləndirici çubuqlar əlavə edilmişdir. Kuzovun strukturunun 56 faizi yüksək möhkəmlikli poladdan və alüminiumdan ibarətdir: məsələn, kapot, ön qanadlar və ön bamperin gücləndiricisi "qanadlı metaldan" hazırlanmışdır. Standart 12 voltluq batareya baqajda yerləşib, eyni zamanda, baqaj bölümünün tutumu 8 litr artaraq 374 litrə (amerikan EPA metoduna görə) bərabər olub.

Acura TLX A-Spec

İnteryer çiyin zonasında bir qədər daha geniş olub və eyni metodologiya əsasən, onun ümumi həcmi simvolik olaraq 2645 litrə (+3 litr) qədər artırılıb. Şirkətdən, tərtibat materiallarının keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını bildiriblər: interyerin tərtibatında əsl dəridən və əsl ağacdan hazırlanmış dekordan istifadə ediləcəkdir.

Maraqlıdır ki, Acura analoq cihazlar panelinə sadiq qalıb: panelindəki yeganə rəqəmsal cihaz analoq cihazların arasında yerləşdirilən 8,0-düymlük ekrandır. Əlavə ödənişlə proyeksiya displeyini də sifariş etmək olar. 10,2-düymlük ekrana malik olan mediasistemi idarə etmək üçün mərkəzi tuneldə True Tunpad quraşdırılmışdır: taçpadın zonaları ekranın hissələrinə uyğundur və baxmadan istifadə edərkən, düzgün mərkəzləşməni təmin etmək üçün yüngülcə qatlanmışdır.

Acura TLX A-Spec

Acura TLX sedanı, Honda şirkətinin Autoliv firması ilə birlikdə hazırladığı yeni ön sərnişin hava yastığı ilə təchiz edilmiş ilk seriya modelidir. Yastıq vahid qübbə əvəzinə, yumşaq bənd ilə birləşdirilmiş üç şaquli bölməyə malikdir. Mühəndislərin fikrincə, qəza zamanı sürücünün başı yastığın mərkəzinə düşür, yan hissələr isə sərnişini əhatə edərək, onun kənara sürüşmək ehtimalını azaldır.

Acura TLX A-Spec

Yaponlar TLX modelinin mühərrik çeşidini tamamilə yeniləyiblər. Atmosfer mühərrikləri tam şəkildə turbomühərriklər ilə əvəzləniblər. Baza mühərriki olaraq, Acura RDX krossoverindən tanış olan, birbaşa çiləməli 2,0-litrlik dördsilindrli turbomühərrik çıxış edir. Bu aqreqatın hasilatı 276 at qüvvəsi və 380 Nm fırlanma anıdır - yəni, yeni aqreqat güc baxımından əvvəlki 2,4-litrlik mühərriki (209 at qüvvəsi, 247 Nm), fırlanma anı baxımından isə 3,5-litrlik V6 mühərrikini (294 at qüvvəsi, 362 Nm) üstələyir.

Acura TLX Type S