Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiqləndi


Siyasət 04 İyn 2020 19:57:36 155 0

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fərman ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədi daşıyır.

Fərmanla "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası" təsdiq edillir.

"Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1510; 2019, № 4, maddə 614, № 6, maddə 1049) aşağıdakı dəyişikliklər edilir:

4-cü hissə ləğv edilir;

5.3.1 - 5.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilir:

"5.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

5.3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

5.3.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;";

həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi" üzrə:

1.5-ci bənddə "və blankları" sözləri "blankları və loqotipi (emblemi)" sözləri ilə əvəz edilir;

aşağıdakı məzmunda 2.2.1-1-ci və 2.2.1-2-ci yarımbəndlər əlavə edilir:

"2.2.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;

2.2.1-2. sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;";

aşağıdakı məzmunda 3.1.1-1-ci yarımbənd əlavə edilir:

"3.1.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;";

3.1.2-ci yarımbənd ləğv edilir;

3.1.4-cü yarımbənddə "Fondun vəsaiti hesabına maliyyələşdiriləcək" sözləri "Fonda təqdim olunan" sözləri ilə əvəz edilir;

3.1.7-ci yarımbənddə "Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün" sözləri "Fonda təqdim olunan" sözləri ilə əvəz edilir;

aşağıdakı məzmunda 3.1.9-1-ci yarımbənd əlavə edilir:

"3.1.9-1. iqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq;";

2.3.8. 3.1.10-cu, 3.1.11-ci və 3.1.12-ci yarımbəndlər ləğv edilir;

3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilir:

"3.2.1. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq, təkliflər vermək, bu məqsədlə əqdlər bağlamaq və könüllü ianə, yardım, qrant almaq;";

4.5.1 - 4.5.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilir:

"4.5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

4.5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

4.5.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

4.5.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi.";

4.9.7-ci yarımbəndə "daxilolmaların (faiz, cərimə və sair)" sözlərindən sonra "və fəaliyyətindən əldə olunmuş digər gəlirlərin" sözləri əlavə edilir;

aşağıdakı məzmunda 4.9.7-1 - 4.9.7-4-cü yarımbəndlər əlavə edilir:

"4.9.7-1. müvəkkil kredit təşkilatının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) qaydasını müəyyən etmək;

4.9.7-2. müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısının və ya bir hissəsinin ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) köçürülən güzəştli kreditin restrukturizasiya şərtlərini müəyyən etmək;

4.9.7-3. Fondun müvəkkil kredit təşkilatları vasitəsilə yerləşdirilən aktivlərinin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması (o cümlədən ümidsiz aktivlərin silinməsi) qaydalarını təsdiq etmək və nizamnamə fondunun dəyişdirilməsi barədə müvafiq təkliflər vermək;

4.9.7-4. Fond qarşısında öhdəlikləri yerinə yetirməyən müvəkkil kredit təşkilatları ilə bağlı həyata keçirilməli daxili prosedurları nəzərdə tutan qaydaları təsdiq etmək;";

4.9.8-ci yarımbəndə "habelə" sözündən əvvəl "fəaliyyət istiqamətləri ilə bağlı komitələrin əsasnamələrini," sözləri əlavə edilir;

4.9.15-ci yarımbənddən "Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında" sözləri çıxarılır;

4.9.16-cı yarımbənddə "Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün" sözləri "Fonda təqdim olunan" sözləri ilə əvəz edilir;

4.9.17-ci yarımbənddən "Fondun vəsaiti hesabına verilmiş" sözləri çıxarılsın;

4.9.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 4.9.22-ci yarımbənd əlavə edilir:

"4.9.22. Fondun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.";

4.18-ci bənddə "Mülki Məcəlləsində müəyyən edilmiş" sözləri "normativ hüquqi aktlarından irəli gələn" sözləri ilə əvəz edilir;

5.5-ci bəndin birinci cümləsində "ayda" sözü "rübdə" sözü ilə əvəz edilir;

5.6.14-cü yarımbənddə "bağlı" sözündən sonra "komitələr," sözü əlavə olunur;

7.3-cü bəndin ikinci cümləsinə "daxilolmalar (faiz, cərimə və sair)" sözlərindən sonra "və fəaliyyətindən əldə olunmuş digər gəlirlər" sözləri əlavə edilir;

aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilir:

"7.3-1. Fondun milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesablarında saxlanıla bilər.";

2.3.23. 7.4-cü bənd ləğv edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan fəaliyyətin təmin edilməsi məqsədilə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək;

Bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan subsidiyanın verilməsində istifadə olunan vəsaiti nəzarətdə saxlasın və subsidiyalaşdırma başa çatdıqdan sonra Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nizamnamə fondunda dəyişiklik edilməsi barədə təkliflərini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Bu Fərmanın 2.2-ci bəndinə və 2.3.12-ci yarımbəndinə müvafiq olaraq aidiyyəti dövlət qurumları 10 (on) gün müddətində Fondun Müşahidə Şurasının üzvlərinin təyin olunmasını təmin etsinlər.