"Pro Kredit" BOKT-un mənfəəti kəskin artıb


İqtisadiyyat 04 İyn 2020 19:35:00 151 0

"Pro Kredit" BOKT-un mənfəəti kəskin artıb

"Pro Kredit" ASC bank olmayan kredit təşkilatı 2019-cu ili 22 min manat mənfəətlə başa vurub.

"Pro Kredit" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 22 min manat mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 22 dəfə çoxdur.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Ötən il "Pro Kredit"in vergiyəqədərki mənfəəti 22 min manat (əvvəlki ilə nisbətən 22 dəfə çox) təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə "Pro Kredit"in aktivləri 2,4 milyon manat olub ki, bu da illik müqayisədə 33,2% azdır. Bunun 2,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 24,4% kiçilib.

Hesabat dövründə "Pro Kredit"in öhdəlikləri 39,5% azalaraq 1,8 milyon manata düşüb, balans kapitalı isə 4,3% artaraq 529 min manata çatıb.

Xatırladaq ki, "Pro Kredit" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 700 min manatdır. BOKT-un təsisçiləri Məhəbbət Məmmədov və Rəna Məmmədovadır.