DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb


Siyasət 04 İyn 2020 19:34:00 143 0

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

"Keşikçi-dağ" Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Son.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan - Gürcüstan dövlət sərhədində "Keşikçidağ" Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb:

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb".