"Modul tipli xəstəxanalarda 2000ə qədər çarpayı fondu olacaq"


Digərləri 04 İyn 2020 18:23:00 163 0

"Modul tipli xəstəxanalarda 2000ə qədər çarpayı fondu olacaq"

Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq: "Bu gün 2500 aktiv xəstə sayı var. Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşdiyi üçün lokalizasiyaya yerləşən tibb müəssisələrinin üzərinə düşən yük artır".