TƏBİB sədri: "Ölkədə müxtəlif səbəblərdən hər gün 150170 nəfər vəfat edir"


Digərləri 04 İyn 2020 18:34:00 150 0

TƏBİB sədri: "Ölkədə müxtəlif səbəblərdən hər gün 150170 nəfər vəfat edir"

Ölkədə müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, dəfn üçün icazə almaq istəyənlər 103 xidmətinə müraciət etməlidirlər: "Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 103 xidmətinə əsassız zəng edənlər barəsində müvafiq tədbirlər görüləcək".