BMT Baş katibi: "Koronavirusa qarşı peyvənd hamı üçün əlçatan olmalıdır"


Dünya 04 İyn 2020 17:37:28 157 0

BMT Baş katibi: "Koronavirusa qarşı peyvənd hamı üçün əlçatan olmalıdır"

"Özü-özlüyündə peyvənd yetərli deyil"

Antoniu Quterreş

BMT Baş katibi Antoniu Quterriş koronavirusa qarşı peyvənd hazırlandıqdan sonra onun hamı üçün əlçatan olmasına dairçağırış edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qurum rəhbəri koronavirus pandemiyasının cari nəslin səhiyyə sektorundakı ən böyük böhranı adlandırıb.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

“İndi peyvənd yoxdur. Onun hazırlanması üzərində çalışarkən anlamalı olduğumuz vacib bir dərs var. Özü-özlüyündə peyvənd yetərli deyil. Dünyada hər bir insanın peyvəndi əldə etməsini təmin etmək üçün birliyə ehtiyacımız var”, - A.Quterriş peyvəndə həsr olunmuş dünya sammiti çərçivəsində videomüraciətində deyib.

BMT Baş katibi ölkələri üzərlərinə üç öhdəlik götürməyə çağırıb.

“Birincisi, hətta koronavirusun yayılması halında belə, uçaqlara başqa xəstəliklərə qarşı vurulanpeyvəndlərin təhlükəsiz vurulma yollarını tapaq. İkincisi, bir sıra digər ilkin tibbi xidmətlər göstərilməsi üçün peyvənd çatdırılma şəbəkələrindən istifadə edək. Üçüncüsü, COVID-19-a qarşı peyvənd hazır olanda hamının onu ala biləcəyindən əmin olaq”, - A.Quterriş söyləyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Son məlumatlara görə, dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 6,5 milyonukeçib, 386 mindən çox insan virus qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.