"Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır"


Digərləri 04 İyn 2020 17:44:00 159 0

"Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır"

Tibbi maskalara tələbatın artması ilə bağlı narahatlığa səbəb yoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır: "Hətta xarici ölkələrdən də Azərbaycandan maska alınması ilə bağlı müraciətlər edilib".