TƏBİB sabahkı iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi
Digərləri 04 İyn 2020 17:48:04 159 0
Özəl qurumlara da tövsiyə edilir ki, sabah iş saatını mümkün qədər 14:00-da bitirmək məsələsinə baxsınlar.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.
Mənbə: milli.az