Bu şirkətin rəhbəri həbs oluna bilər


Dünya 04 İyn 2020 17:39:00 154 0

Bu şirkətin rəhbəri həbs oluna bilər

Cənubi Koreya prokurorluğu məhkəməyə "Samsung" konserninin rəhbəri Li Çje Yenin həbs olunması ilə bağlı müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, onun adı korrupsiya qalmaqalında hallanır.

Qeyd olunur ki, 2016-cı ildə "Cheil Industries" şirkətinin rəhbəri olan Li Çje Yen "Samsung"un əsas şirkəti hesab olunan "Samsung C&T" şirkətini satın alıb.

Prokurorluğun fikrincə, satınalma zamanı şirkətin səhmlərinin dəyəri olduğundan daha ucuz qeyd edilib. Bu əməliyyat nəticəsində Li Çje Yen "Samsung"un rəhbərinə çevrilib.