Hesablama Palatası: Bir mənbədən satınalmaların xüsusi çəkisi azalıb


İqtisadiyyat 04 İyn 2020 17:10:37 159 0

Hesablama Palatası: Bir mənbədən satınalmaların xüsusi çəkisi azalıb

Hesablama Palatası: Azərbaycanda birmənbədən satınalmaların xüsusi çəkisi azalıb

Hesablama Palatası

2019-cu ildə Azərbaycanda həyata keçirilmiş 11 457dövlət satınalmasının 2 917-si və yaxud 25,5%-iaçıq tenderlər, 6 323-ü və yaxud 55,2%-ikotirovka sorğuları 418-i və yaxud 3,6%-itəklif sorğuları, 1 799-u və yaxud 15,7%i isəbirmənbədən satınalmalar olub.

"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

window._ttzi = 879; var adv_879_iad = document.createElement("script"); adv_879_iad.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); adv_879_iad.async = true; (document.body || document.head || document.documentElement).appendChild(adv_879_iad); adv_879_iad.onload = function () { adv_879_iad.parentNode.removeChild(adv_879_iad); }

Rəyə əsasən, 2018-ci illə müqayisədə açıq tenderlərin xüsusi çəkisi 0,8 faiz bəndi artıb, kotirovka sorğularının xüsusi çəkisi dəyişməyib, təklif sorğularının xüsusi çəkisi 1,2 faiz bəndi artıb, birmənbədən satınalmaların xüsusi çəkisi isə 2,2 faiz bəndi azalıb.

Ötən il dövlət satınalmalarına yönəldilmiş 5 720 milyon manat vəsaitin 2 156 milyon manatı və yaxud 37,7%-iaçıq tenderlərin, 141 milyon manatı və yaxud 2,5%-i kotirovka sorğularının, 372 milyon manatı və yaxud 6,5%-i təklif sorğularının, 3 051 milyon manatı və yaxud 53,3%-i isə birmənbədən satınalmaların payına düşüb.

Əvvəlki ilə nisbətən açıq tenderlərin xüsusi çəkisi 1,3 faiz bəndi azalıb, kotirovka sorğularının xüsusi çəkisi 0,3 faiz bəndi artıb, təklif sorğularının xüsusi çəkisi 3,5 faiz bəndi artıb, birmənbədən satınalmaların xüsusi çəkisi isə 2,5 faiz bəndi azalıb.