3cü dəfə ailə quran aparıcı: "Boşanmasına səbəb oldu"


Şou-biznes 04 İyn 2020 13:44:00 166 0

3cü dəfə ailə quran aparıcı: "Boşanmasına səbəb oldu"

"Koronavirus bütün dünyada cütlüklərin boşanmasına səbəb oldu. Azərbaycanda isə bütün ailələr daha da mehribanlaşdı".

Son.az big.az-a istinadla xəbər verir ki, bu sözləri məşhur aparıcı Azər Zahid instagram hesabında həyat yoldaşı ilə paylaşdığı fotosunun altında qeyd edib:

"Hər kəsin bir-biri ilə daha da mehriban olması ümidi ilə gününüz xeyirli olsun".

Xatırladaq ki, Azər Zahid bu vaxta qədər iki dəfə ailəli olub. Onun birinci həyat yoldaşı aparıcı Vüsalə Əlizadə olub. Bu evlilikdən onların bir qız övladı var. Azər Zahid daha sonra Nəcibə adlı xanımla ailəli olub. Hazırda isə aparıcı 3-cü evliliyini yaşayır.