Ermənistanda bir gündə koronavirusa


Dünya 04 İyn 2020 12:39:00 163 0

Ermənistanda bir gündə koronavirusa

"Ermənistanda son sutka ərzində 697 koronavirusa yoluxma halı qeydə alınıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O, həmçinin bildirib ki, ötən gün 6 nəfər virusun qurbanı olub.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 11 221-ə, ölənlərin sayı isə 176-ya çatıb.