"Metro bağlana bilərmi, bu mümkdündürmü?"


Digərləri 04 İyn 2020 12:19:00 170 0

"Metro bağlana bilərmi, bu mümkdündürmü?"

"İnsanların karantin qaydalarına riayət etməməsi bəzi qaydaların yenidən sərtləşdirilməsinə vadar etdi". 

Bunu Son.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O, sosial məsafəyə əməl edilməzsə maskanın qorumaq gücünün minimuma endiyini bildirib:

"Maska taxan şəxs sosial məsafəyə riayət eməzsə yoluxma risqi yüksək olacaq. Maska taxıb taxmamasına baxmayaraq, məsafə nə qədər yaxın olarsa yoluxma risqi də artır. Məsafə bir metrdən az olarsa yoluxma qarantidir. Amma ictimai nəqliyyatda sıxlığın davam etdiyini hamımız görürk. Buna mən ya sən neyləyə bilərik?! Orada yoluxma ehtimalı yüksəkdir. Metro, ictimai nəqliyyat bağlana bilərmi, bu mümkdündürmü? Bir müddət bunu etsək də gördük ki, bu mümkün deyil. Camaat işinə getməlidir".