Çində məktəblilərə hücum


Dünya 04 İyn 2020 12:09:00 170 0

Çində məktəblilərə hücum

Çinin cənubundakı Uçjou şəhərində bıçaqla silahlanmış şəxs məktəblilərə hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücum zamanı 40 nəfər xəsarət alıb.

Yaralılar arasında məktəbin direktoru da var. Araşdırmalar nəticəsində məlum olub ki, hücumu törədən şəxs məktəbin mühafizəçisi olub.

Hazırda həmin şəxs saxlanılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.