ABŞ səfirliyinin binasına yandırıcı maddələr və daş atıldı


Dünya 04 İyn 2020 10:54:00 164 0

ABŞ səfirliyinin binasına yandırıcı maddələr və daş atıldı

Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyinə hücum edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfirlik yaxınlığında qaradərili Corc Floydun öldürülməsinə etiraz olaraq həmrəylik aksiyası keçirilib.

Aksiyanın gedişində bir qrup etirazçı səfirlik binasına yandırıcı maddələr və daş atıb. Binanın yaxınlığındakı bir neçə zibil qabı yandırılıb.

Polis etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə edib.