Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb


Digərləri 04 İyn 2020 10:39:00 198 0

Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb

2020-ci ilin yanvar-aprel aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 10,6 milyard manat təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 21,0 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,0 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2020-ci il vəziyyətinə 257,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub.