Çində məktəblilərə bıçaqla hücum olub, 40 nəfər yaralanıb


Dünya 04 İyn 2020 10:13:23 144 0

Çində məktəblilərə bıçaqla hücum olub, 40 nəfər yaralanıb

Çinin cənubunda yerləşən Uçjou şəhərində adı açıqlanmayan kişinin bıçaqla məktəblilərə hücumu nəticəsində 40 nəfər yaralanıb.

Çinin cənubunda yerləşən Uçjou şəhərində adı açıqlanmayan kişinin bıçaqla məktəblilərə hücumu nəticəsində 40 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında təhsil müəssisəsinin yaxınlığında baş verib.

Xəsarət alanlar şagirdlər və məktəb direktorunun müavinidr.

Hadisə yerinətəcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, hücumuməktəbin 50 yaşlı gözətçisi törədib.Polis əməkdaşları onu hadisə yerində tutub.

Faktla bağlı araşdırma aparılır.