Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək


Siyasət 04 İyn 2020 10:19:00 144 0

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Son.az xəbər verir ki, Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsinin (birinci oxunuş) və "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.