11 vakant müəllim yeri sistemdən silinib


Digərləri 04 İyn 2020 09:44:00 156 0

11 vakant müəllim yeri sistemdən silinib

"Müəllimlərin yerdəyişməsi müsabiqəsi üçün təqdim edilən 11 vakant yer sistemdən silinib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsinə 7.539 vakansiya çıxarılacağı barədə 29 may tarixdə məlumat verilib. Vakant yerlərin ümumi siyahısı dərc olunduqdan sonra Bakı şəhəri üzrə əlavə 3 yer də (ingilis dili fənni üzrə) sistemə daxil edilib:

"Ümumi siyahı ilə tanış olan bir neçə yerli təhsili idarəetmə orqanları isə səhv daxil edilmiş bəzi yerlərin sistemdən silinməsi barədə İnsan Resursları Mərkəzinə müraciət edib. Nəticədə 8 rayon üzrə ümumilikdə 11 yer sistemdən silinib".

M.Camalzadə qeyd edib ki, hazırda sistemdə 7.531 vakansiya mövcuddur.