ABŞ-da güclü zəlzələ olub


Dünya 04 İyn 2020 09:24:18 174 0

ABŞ-da güclü zəlzələ olub

Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib

ABŞ-ın Los-Anceles şəhərində 5,5 bal gücündə zəlzələ olub.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Araşdırma Mərkəzi yayıb.

Zəlzələ Los-Ancelesdən 193 km şimal-qərbdə yerləşən Ridqesrest rayonunda səhərə saatlarında qeydə alınıb. Yeraltı təkanlarHollivud da daxil olmaqla Kaliforniya ştatının cənub hissəsində hiss edilib.

Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.

Dağıntı və itki barəsində məlumat yayılmayıb.