Türkiyənin Səhiyyə naziri: normallaşma prosesi qaydalara uyğun aparılmasa risklər arta bilər


Dünya 04 İyn 2020 08:43:00 146 0

Türkiyənin Səhiyyə naziri: normallaşma prosesi qaydalara uyğun aparılmasa risklər arta bilər

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə nəticəsində böyük nəticələr əldə olunub. Normallaşma prosesi qaydalara uyğun aparılmasa məlum pandemiya ilə bağlı riskləri arta bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə son vəziyyəti nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin iyunun 3-də keçirilən iclasından sonra deyib. Nazir sosial həyatdakı normallaşma prosesinə dair tətbiq olunan qaydalar, o cümlədən tələb olunan qadağalar barədə ictimaiyyəti məlumatlandırıb.

Nazir bildirib ki, bu gün ərzində ölkə 52 min 305 nəfər testdən keçirilib. Bu göstərici indiyə qədər aparılan ən yüksək test sayıdır. Yoxlanılan şəxslərdən 867-si xəstə çıxıb. Gün ərzində 931 nəfər sağalıb, 24 nəfər dünyasını dəyişib.

Bildirilib ki, bu vaxtadək 2 milyon 155 min 349 nəfər koronavirus testindən keçirilib. Hazırda 612 nəfər reanimasiyada, 261 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 609 xəstə dünyasını dəyişib, 130 min 852 xəstə sağalıb.

Nazir diqqətə çatdırıb ki, pandemiyanın yayılması ilə bağlı əsas tələblər dəyişməzdir: ictimai yerlərdə ara məsafəsini qorumaq, maska taxmaq və təmizliyə əməl etmək.