2020ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq


Digərləri 04 İyn 2020 08:21:00 120 0

2020ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar bazarı barəsində proqnozlarını pisə doğru dəyişdiriblər. "COVID-19" pandemiyasının nəticələrinə görə, "IDC" və "Counterpoint Research" şirkətlərinin mütəxəssisləri Hindistanda smartfonların satış həcminin 13-15% azalmasını proqnozlaşdırırlar. Tədqiqat şirkətlərinin müşahidələri tarixində ilk dəfə olaraq bu bazarda mənfi dinamika qeydə alınacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, işçilərin kütləvi ixtisarı və maaşların azalması fonunda istehlakçılar alış-verişlərini dayandıracaq. Smartfon istehsalçıları qurğuların istehsalını genişləndirmək vəziyyətində olmayacaqlar ki, bu da tədarükün həcminə təsir edəcək.

Mənfi tendensiyaları nəzərə alan "IDC" şirkətinin analitikləri hesab edirlər ki, 2020-ci ildə Hindistana gözlənilən 140 milyon qurğu əvəzinə, 130 milyon smartfon tədarük ediləcək. "Counterpoint" şirkətinin hesablamasına görə, sözügedən ölkədə smartfon bazarının həcmi 137 milyon qurğu təşkil edəcək.

Müqayisə üçün, 2019-cu ildə Hindistanda 154-158 milyon smartfon satılmışdı.