“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib


Digərləri 04 İyn 2020 08:25:00 143 0

“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

"ZTE" şirkəti "MediaTek Dimensity 800" çipseti ilə təchiz edilmiş ucuz "Axon 11 SE" "5G" smartfonunu təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "ZTE Axon 11 SE 5G" smartfonu 2340x1080 piksel təsvir ölçülü 6,53 düymlük IPS LCD displeylə təchiz edilib və sol yuxarı küncdə 16 mp-lik selfi-kamera üçün kəsik nəzərdə tutulub.

Arxa paneldə barmaq izləri skaneri və 4 kamera yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik super genişbucaqlı, 2 mp-lik makroobyektiv və 2 mp-lik dərinlik sensoru.

Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon "MiFavor UI OS" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir.