Rusiya Səhiyyə Nazirliyi COVID19 xəstəliyinin müalicəsi üçün dərmanların siyahısını genişləndirib


Dünya 04 İyn 2020 08:33:00 147 0

Rusiya Səhiyyə Nazirliyi COVID19 xəstəliyinin müalicəsi üçün dərmanların siyahısını genişləndirib

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanların siyahısını genişləndirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya "Favipiravir", "Gidroksixloroxin", "Mefloxin", Azitromitsin", "Lopinavir", "Ritonavir" və Umifenpvir" və digər preparatlar daxil edilib. Tövsiyə olunan dərmanların yeni siyahısı Rusiya və xarici kliniki təcrübələrin nəticələri əsasında tərtib olunub.

Rusiya Səhiyyə Nazirliyi həmçinin tibb müəssisələrinə daxil olan bütün pasiyentlərin testdən keçirilməsini tövsiyə edir.

Qeyd edək ki, Rusiyada 432 min 277 koronavirus xəstəsi qeydə alınıb. İndiyədək 195 min 957 nəfər sağalıb, 5215 xəstə vəfat edib.