Yəməndə leysan yağışları doqquz nəfərin ölümünə səbəb olub


Dünya 04 İyn 2020 05:13:00 157 0

Yəməndə leysan yağışları doqquz nəfərin ölümünə səbəb olub

Yəmənin şərqindəki Hadramaut əyalətində davam edən leysan yağışları və daşqınlar azı doqquz nəfərin həyatına son qoyub.

Yəmənin şərqindəki Hadramaut əyalətində davam edən leysan yağışları və daşqınlarinsan tələfatı ilə nəticələnib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Belqees TV” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Əl-Katn şəhərinin rəhbəri Əbdüllətif Naqif bildirib ki, çay axını Heynan rayonunda eyni ailədən olan beş uşağı aparıb. Ümumilikdə azı 9 nəfər həyatını itirib.

Güclü yağış və daşqınlar əyalətdəki bir çox evləri dağıdıb, əkin sahələrinə ciddi ziyan vurub.