Özbəkistanda koronavirus qurbanlarının sayı çoxaldı


Dünya 04 İyn 2020 01:30:59 173 0

Özbəkistanda koronavirus qurbanlarının sayı çoxaldı

Özbəkistanda COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər dünyasını dəyişib.

Özbəkistanda COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkədə 3 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 908 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər vəfat edib.

Bildirilib ki, vəfat edən 72 yaşlı şəxs eyni zamanda iki dəfə infarkt keçirib və şəkər xəstəliyindən (2-ci tip şəkərli diyabet) əziyyət çəkirdi.