Həkimdən CİDDİ XƏBƏRDARLIQ Dondurma niyə təhlükəli məhsuldur?


Digərləri 03 İyn 2020 23:52:00 195 0

Həkimdən CİDDİ XƏBƏRDARLIQ  Dondurma niyə təhlükəli məhsuldur?

Yetkin insanın gün ərzində yeyə biləcəyi optimal dondurma porsiyası açıqlanıb.

Son.az xəbər verir ki, ENT klinikasının rəhbəri Vladimir Zaitsev bu soyuq deserti hər gün yeməyin təhlükəli olması barədə xəbərdarlıq edib. Həddən artıq dondurma yemək faringit, tonzillit, laringit və rinosinusitə səbəb ola bilər. Bundan əlavə, şokoladlı dondurma yüksək kalorili hesab olunur, onun yüz qramında demək olar ki, 300 kalori var.

Həkimin sözlərinə görə, isti iqlim zonasında yaşamayan insanlar hər gün dondurma yeyə bilməz. Yetkinlər üçün norma həftədə iki dondurmadır.

Zaitsev dondurmanı olduqca təhlükəli məhsul kimi qələmə verib. O, iltihab riskini minimuma endirmək üçün bu deserti bir qədər əridib və ya isti bir şeylə yeməyi tövsiyə edib. Məsələn, isti çay. Soyuq dondurma və isti çay boğazda təzad yaradacaq ki, bu da xəstələnmə ehtimalını azaldır.