Myasnikov "koronavirus rəvayəti"nə aydınlıq gətirdi


Digərləri 03 İyn 2020 23:05:00 179 0

Myasnikov "koronavirus rəvayəti"nə aydınlıq gətirdi

Tanınmış həkim Aleksandr Myasnikov koronavirus barədə yayılan rəvayətlərə aydınlıq gətirib.

Son.az xəbər verir ki, həkim koronavirusun ev heyvanları vasitəsilə ötürülə bilmədiyini deyib.

"Heyvanlar yeni tip virusa yoluxa bilər, lakin insanlara keçməz!", - deyə Myasnikov qeyd edib.

O bildirib ki, COVID-19-un ötürülməsinin yeganə sübut olunmuş yolu hava yolu ilə infeksiyadır. Bu vəziyyətdə infeksiya su, əllərin dərisi vasitəsilə, hamiləlik zamanı anadan dölə, həmçinin havalandırma sistemi vasitəsilə ötürülə bilməz. Myasnikov koronavirusun çirklənmiş səthlər, xəstəxanalarda havalandırma sistemi, həmçinin qan vasitəsilə yoluxma ehtimalının az olduğunu da qeyd edib.