Nevroz, VSD və panik atakın 30 simptomu Özünüzü test edin


Digərləri 03 İyn 2020 22:20:00 149 0

Nevroz, VSD və panik atakın 30 simptomu  Özünüzü test edin

Son zamanlar bizə müraciət edən oxucuların bir çoxu elə xətəlik və simptomlardan şikayət edirlər ki, burda istər-istəməz əsəb sinir sistemi, psixosomatika və nevrozdan, eləcə də geniş yayılmış vegetativ distoniyadan şübhələnirik.

Hazırda karantin və pandemiya ilə bağlı "xəstəliklər buketi" adlanan VSD və panik atak daha da geniş yayılır.

Son.az medicina.az-a istinadən tibbi sirli xəstəliyi olan bu sindromların əlamətlərini təqdim edir. Əgər bu simptomlardan 10-u sizdə varsa, sizdə vegetativ distoniya diaqnozudur.

1. Qəfildən başa, ürək hissəyə, bədənə isti və soyuq axının gəlməsi 2. Ağızda suyun quruması 3. Boğazda düyün və udqunmada problem 4. Döş qəfəsi və mədə nahiyəsində ağırlıq 5. Ürək tərəfdə ağırlıq, ağrı, sancı, spazmlar

6. Tənəffüsdə çətinlik, sanki ağciyərlərə oksigenin az daxil olması hissi 7. Ürəkbulanma, qarının köpməsi, qıcıqlanma, nadir halda səbəbsiz qusma 8. Ürəkdöyünmənin artması, dəqiqədə 120 9. Tez-tez yalançı tualetə gedişlər 10. Başgicəllənmə, başda sıxılmalar

11. Ayaqlarda ağırlıq, pambıq ayaqlar effekti 12. Səbəbsuz yorğunluq, halsızlıq, iş və təhsilə enerji tapmamaq 13. Tərləmək 14. Təzyiqin oynaması 15. Özündə ciddi fizioliji xəstəlik, problem, hətta onkoloji xəstəliyə şübhə və müayinələr, analizlərə meyillilik

16. Sanki infarkt, insult olurmuş kimi qorxular 17. Daxildə, ürək hissədə qəribə boşluq 18. Bədənin, əzələlərin gərilməsi, bərkiməsi 19. Aqressiya, ağlamaq, apatiya 20. Ağlını itirmək qorxusu, ölüm qorxusu

21. Depersonalizasiya - sanki bədənin içində deyilsən, öz bədəninə yadsan 22. Daim xilaskar axtarmaq, həkim, dərman və s 23. Müxtəlif tutmalar - ya çox ölgünlük, ya da aqressiya 24. Küçəyə çıxmaq qorxusu və ya əksinə evdən küçəyə, adam içinə qaçmaq 25. Müxtəlif dərmanları tez-tez qəbul etmək, korvalol və valeriansız yaşamamaq

26. Dərinin avasıması, ağarması 27. Beyinlə bədənin əlaqəsi, rabitənin sanki zəifləməsi, düşüncənin kütləşməsi 28. Yuxusuzluq, yuxuda kabus, yuxudan doymamaq 29. Təngnəfəslik, əl-ayaqda keyimə 30. Üzdə, əldə səyrimələr, sinir atmaları, sanki üzün assimetriyası hissi