Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb


Dünya 03 İyn 2020 21:21:54 161 0

Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb

Son 24 saatda Türkiyədə daha 931 nəfər koronavirusdan sağalıb.

Son 24 saatda Türkiyədə daha 931 nəfər koronavirusdan sağalıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə COVID-19-dan sağalanların ümumi sayı 130 852 nəfərə çatıb.

Son bir gündə daha 24 nəfər koronavirusdan ölüb. Beləliklə, pandemiya qurbanlarının ümumi sayı 4 609 nəfərə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə təhlükəli virusa 867 yoluxma qeydə alınıb. Bununla da koronavirusa yoluxanların sayı 166 422nəfərə çatıb.

Bu gün koronavirusla bağlı 52 305test aparılıb. Pandemiya ərzində bu rəqəm 2 155 349 təşkil edib.