Türkiyədə KrımKonqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib


Dünya 03 İyn 2020 21:06:00 145 0

Türkiyədə KrımKonqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib

Bütün dünyanın yeni növ koronavirusla (COVID-19) mübarizə apardığı bir vaxtda Türkiyə ərazisində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gənələr vasitəsilə insanların yoluxduğu xəstəlik artıq ölkənin Tunceli, Gümüşhane, Bayburt, Giresun, Bingöl, Sivas, Ərzincan və Tokat şəhərində görülüb.

Son yoluxma hallarının qeydə alındığı Ərzincanda son bir ay ərzində 17 xəstə aşkar edilib. Ən çox yoluxanlar isə 40 nəfərlə Sivasda qeydə alınıb.

Bəzi hallarda ölümlə nəticələnən bu xəstəlik ilk dəfə 1944-1945-ci illərin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə ortaya çıxıb. Türkiyə ərazisində isə ilk dəfə 2002-ci ildə müşahidə edilib.